Bakıda biabırçı aksiya keçirildi
Qatil sionistlərlə həmrəylik nümayişi
Azərbaycan respublikasında hər növ Fələstinə dəstək aksiyalarına məhdudiyyət tətbiq edildiyi bir vaxtda Bakıda HƏMAS-ın əleyhinə kütləvi aksiya keçirilməsinə icazə verilib.
Məlumata görə, keçirilmiş aksiyada HƏMAS terrorçu şəbəkə kimi tanıdılmış, saxta məzlumluq səhnəsi quraraq Müqavimət cəbhəsinin saxladığı "israilli" əsirlərin dərhal azadlığı istənilmişdir. Cinayətkar sionist rejiminin Bakıdakı səfirliyi öz Feysbuk səhifəsində bu aksiya haqda açıqlama verərək yazıb ki, bir neçə ölkələrin Bakıdakı səfirliyi və Azərbaycan parlamentinin nümayəndələri də bu etiraz aksiyasında iştirak ediblər.Qeyd edək ki, keçirilmiş aksiyada saxta tablolardan istifadə edilmiş, yalan məlumatlar əsasında guya HƏMAS tərəfindən əsir alınmış uşaqların plokatları nümayiş edilmişdir.Etiraz iştirakçıları havaya qırmızı balonlar buraxaraq öz həmrəyliyini bildiriblər