Azərbaycan İsraili müqəddəsləşdirir
Azərbaycan mətbuatı Yəhudi nəşrinə istinadən xəbər verib ki, hadisə çərçivəsində İran əsilli bir şəxs silahlı halda səfirliyə soxulmağa cəhd edib. Daha sonra Bakı KİV-lərinin sionsit mənbəsinə istinadən yazıb ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları sionsit rejiminin səfirliyinə intiqam məqsədilə hücum edən şəxsi nəzarətə götürərək tərksilah edib.
Bakı mediası daha sonra yaydığı bu xəbərdə qeyd edib ki, Azərbaycan DTX tərəfindən bu gün yayılan məlumatda qeyd olunmuşdu ki, uzun müddət gizli müşahidələr aparmış M. H. Hüseyinzadə 2023-cü ilin noyabr ayında xarici dövlətin Azərbaycandakı diplomatik nümayəndəliyinin Bakı şəhərində olan inzibati binasına silahlanmış vəziyyətdə terror aktı törətmək üçün soxulmağa cəhd edərkən DTX əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılaraq tərksilah edilib.Bütün bunlara baxmayaraq Azərbaycan DTX- nın məlumatında səfərliyə hücum etmiş şəxsin iranəsilli olması haqda heç bir məlumat verilməyib. Lakin, Bakı, sionist mənbələri həmin şəxsin iranəsilli olmasını iddia ediblər. Xatırladaq ki, sionist media və siyasi dairələri Azərbaycan respublikasını İsrail üçün daha təhlükəsiz yer olduğunu bildiriblər.Qeyd etmək lazımdır ki, bütün bunlara baxmayaraq Azərbaycan xalqı sionistlərin Qəzzədə vəhşicəsinə törədilmiş cinayətlərinə dərin nifrət bəsləyir və bu faciələrə öz kədərlərini bölüşürlər