Dek 01, 2023 15:51 Asia/Baku
  • Azərbaycan Respublikasının rayonlarında yayılan qızılca xətəliyi Bakıya gəlib çatıb.

Qızılcaya görə Bakının Qaradağ rayonu ərazisində yerləşən 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində distant tədrisə keçilib.

Şəhəri üzrə Təhsil İdarəsi bildirib ki, şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə distant formada keçiriləcək.

 İdarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində nəzarətin gücləndirilməsi və pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib. Məktəblərdə tibbi xidmət işi yerli poliklinikalar tərəfindən həyata keçirilir. Valideynlərə tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil", - İdarənin məlumatında bildirilib.

Xatırladaq ki, məktəbin IV sinif şagirdi 27 noyabr tarixindən dərs prosesində iştirak etməyib. Valideyn övladının qızılca xəstəliyinə yoluxduğunu bildirib. Şagird 30.11.2023-cü il tarixində dünyasını dəyişib.

Noyabrın 25-də isə Kürdəmir rayonunda qızılcadan dörd yaşlı uşaq həyatını itirib.

Qeyd edək ki, qızılca xəstəliyinin qarşısının alınması üçün uşaqlar 12-15 aylığında eləcə də 4-5 yaşında ümumiyyətlə iki dəfə peyvənd edilməlidir.

İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə uşaqların Qızılca xəstəliyinə immunitet yaratmaq üçün peyvənd edilmələri ümumölkə proqram çərçivəsində dövlətlər tərəfindən müntəzəm şəkildə həyata keçirilir.

Kürdəmir rayonunda eləcə də Bakının Qaradağ rayonunda qızılcadan həyatını itirən uşaqların vaxtında peyvən olunub-olunmaması barədə məlumat yayılmasa da, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, “Azərbaycanın bəzi bölgələrində qızılca virusuna tək-tək yoluxma halları müşahidə edilib. Hadisələr qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb.”