Dek 02, 2023 14:08 Asia/Baku
  • MBH üzvü Natiq Qasımova hökm oxundu

Noyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsi daha bir inanclını saxta ittihamla 3 il müddətinə azadlıqdan məhrum edib.

Müsəlman Birliyi Hərəkatının üzvü Natiq Qasımov ölkədə kütləvi inanclıların həbsi çərçivəsinə saxlanılmışdı. Məhkəmə Natiq Qasımov barəsində CM-nin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürsə də, məhkəmə gedişi zamanı yetərli sübutlar tapılmaması səbəbindən maddə “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma maddəsi ilə tövsif edilmışdı.

Hüquq müdafiəçilərinin məlumatına görə həbs edilən inanclıları sayı mindən artıqdır ki, onların içində ruhanilərin sayı 50-dən artıqdır.