Azərbaycanda narkotiklə şərlənən daha bir inanclıya hökm oxundu
Dek 04, 2023 17:04 Asia/Baku
Rövşən Əliyev 3 il müddətinə azadlıqdan məhrum edildi
Müsəlman Birliyi Hərəkatının üzvü, narkotik ittihamı ilə şərlənib həbs edilən Rövşən Əliyevin Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesi başa çatıb.
"Məlumat" İnformasiya Agentliyi xəbər verir ki, o, 3 il müddətinə azadlıqdan mərhum edilib.
Qeyd edək ki, Rövşən Əliyev iş yerində polislər tərəfindən saxlanılıb. O, ailəsi və uşaqları ilə təhdid edilib.
Yaxınlarının dediyinə görə, Rövşən Əliyev uzun illər narkomaniyaya qarşı mübarizə apardığına görə narkotik ittihamı ilə şərlənib həbs edilib. O, Cinayət Məcəlləsinin 234.1-1 maddəsi ilə şərlənib.
Teqlər