MBH sədri Azərbaycan Respublikasındakı son həbslərə münasibət bildirdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i406157-mbh_sədri_azərbaycan_respublikasındakı_son_həbslərə_münasibət_bildirdi
Hacı Tale Bağırzadə: Hakimiyyətin sərgilədiyi mövqe hiddət doğurur
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 04, 2023 17:11 Asia/Baku

Hacı Tale Bağırzadə: Hakimiyyətin sərgilədiyi mövqe hiddət doğurur

Müsəlman Birliyi Hərəkatının lideri son həbslərlə bağlı Azərbaycan hakimiyyətininin siyasətini tənqid edən bəyanat verib.

Hacı Tale Bağırzadənin bəyanatında deyilir: Azərbaycanda siyasi idarəçiliyin acınacaqlı durumda olmasının növbəti nümunəsi bu günlər “Amerika cəsusu” adı altında gerçəkləşən həbslərdir. Bir ilə yaxın müddətdir ki, “İran cəsusu” adlanan inanclılar da həbsxana divarları arasında günahsız olaraq cəza çəkməkdədir.

Hərəkat sədri öz bəyanatının davamında qeyd edib: “Biz Azərbaycan xalqına qarşı qəddar davranış sərgiləyən rejimin yarıtmaz siyasətini tənqid edir və hakimiyyətdən hər bir günahsız həbs olunan vətəndaşlarımızın azadlığını tələb edirik”.