Dek 08, 2023 20:37 Asia/Baku
  • “Tərtər işinin

"Tərtər işi" üzrə həbs edilmiş, hələ də həbsdə qalan 10 hərbiçinin təqsirsiz olması şübhə doğurmur. Bu barədə bu gün "İşgəncələr Əleyhinə Araşdırma Mərkəzi"nin ofisində keçirilən mətbuat konfransında bildirilib.

Bakı İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov bildirib ki, bu şəxslər dövlətə xəyanət ittihamı ilə həbs edilib. Bu iş üzrə həbs edilən digər şəxslər kimi, onlar da fiziki və mənəvi işgəncələrə məruz qalıb.

"Onların bəzilərinin işlərində ümumiyyətlə heç bir dəlil yoxdur", deyə Cəfərov bildirib.

Belə ki, Beyləqan korpusundan 20 il müddətinə azadlıqdan məhrum edilmiş Lətif Lətifovun işində xidmət yoldaşını öldürmə ittihamı da var. Lakin xidmət yoldaşı Ermənistan tərəfdən açılan atəş nəticəsində ölüb və ona şəhid statusu verilib.

"İşgəncələr Əleyhinə Araşdırma Mərkəzi"nin rəhbəri Fikrət Cəfərli bildirib ki, "Tərtər işi" üzrə həbs olunan şəxslərin cinayət işləri sürətçıxarma vasitəsilə yazılıb, bu da obyektiv istintaq aparılmadığını düşünmək üçün əsas verir.

"Artıq 50 nəfərə yaxın şəxs bəraət alıb, lakin işləri saxtalaşdıran bir müstəntiq belə cəzalandırılmayıb", deyə Cəfərov bildirib.

"İşgəncələr Əleyhinə Araşdırma Mərkəzi"nə hələ 2006-cı ildən "dövlətə xəyanətə" görə həbs edilmiş hərbiçilər müraciət edir. "Onlar işgəncəyə məruz qaldıqlarını, özlərinə və başqa şəxslərə böhtan atmağa məcbur edildiklərini bildirirlər", deyə hüquq müdafiəçisi qeyd edib.

Hüquq müdafiəçiləri hüquq-mühafizə orqanlarını 10 şəxsin işinə yenidən baxmağa çağırıblar.

Bu 10 nəfər 11 ildən ömürlük həbsə qədər cəzalara məhkum ediliblər.

Mətbuat konfransında həmçinin işgəncələrdə əli olan bütün yüksək vəzifəli hərbiçilərin cəzalandırılması tələbi səslənib.

Hüquq müdafiəçilərinin məlumatına görə, qurbanların ifadələrində ən çox keçmiş korpus komandiri Hikmət Həsənovun adı keçir.

 

 

Teqlər