Məhbusların mübadiləsi nə vaxt baş tutacaq?
Bunu açıqlamasında Ermənistanda tutularaq ömürlük həbs cəzası alan əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova mediyaya müsahibəsində oğlumun nə vaxt qayıdacağı ilə bağlı heç bir məlumatının olmadığını deyib.
Nə vaxt gələcəyi ilə bağlı bizə heç bir məlumat verilməyib. Mən də hamı kimi mediada olan məlumatları izləyirəm. Hüseynlə sonuncu dəfə noyabrın 23-ü danışmışıq”, - anası bildirib.
Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasından olan deputatı Gevork Papoyan da 32 məhbusun qaytarılması ilə bağlı prosesin hansı mərhələdə olduğu barədə məlumatsız olduğunu deyib.
“Bununla bağlı konkret tarix yoxdur, proses eyni vaxtda baş tutacaq. Yəni 32 erməni əsir gələcək, 2-si isə gedəcək”, - Papoyan bildirib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə 7 dekabrda razılıq əldə edilib. Razılıq Region ölkələri və beynəlxalq ictimaiyyət tərəfindən alqışlanıb.