Müharibədən sonra mina kabusu Azərbaycan üçün ciddi problem olaraq qalmaqdadır
https://azeri.sahartv.ir/news/azərbaycan-i406960-müharibədən_sonra_mina_kabusu_azərbaycan_üçün_ciddi_problem_olaraq_qalmaqdadır
Hikmət Hacıyev: Mina qurbanlarının sayı artmaqda davam edir
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 28, 2023 12:37 Asia/Baku
  • Müharibədən sonra mina kabusu Azərbaycan üçün ciddi problem olaraq qalmaqdadır

Hikmət Hacıyev: Mina qurbanlarının sayı artmaqda davam edir

Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki səhifəsində mina problemi ilə bağlı paylaşım edib.

Prezidentin köməkçisi dekabrın 27-də işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində baş verən mina partlayışına diqqət çəkib.

Paylaşımda qeyd olunur ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın 341 vətəndaşı mina qurbanı olub.

Göstərilən müddət ərzində mina partlamalarından 65 nəfər ölüb, 276 nəfər isə yaralanıb.