Elxan Şükürlü: Sionist-səlibçi düşüncə sahibləri Netanyahunu xilas etməyə çalışırlar
https://azeri.sahartv.ir/news/azərbaycan-i407479-elxan_Şükürlü_sionist_səlibçi_düşüncə_sahibləri_netanyahunu_xilas_etməyə_çalışırlar
Azərbaycanlı siyasətçi, Ədalət Partiyasının sədr müavini ABŞ-İngiltərə cütlüyünün avantürasını tənqid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 13, 2024 09:34 Asia/Baku
  • Elxan Şükürlü: Sionist-səlibçi düşüncə sahibləri Netanyahunu xilas etməyə çalışırlar

Azərbaycanlı siyasətçi, Ədalət Partiyasının sədr müavini ABŞ-İngiltərə cütlüyünün avantürasını tənqid edib.

Elxan Şükürlü feysbuk üzərindən yaydığı məqalədə bildirir: “Yəmən xalqının, xüsusən də şiə husilərin ABŞ-dan əsas tələbi İsrailin Qəzzədə oktyabrın 7-dən üzübəri apardığı hərbi əməliyyatların dayandırılmasıdır. Babül-Məndəb boğazını bağlamaq təhdidləri də buna görədir”.

Partiya funksionerinin fikrincə, HƏMAS-ı ən qısa müddətdə məhv edəcəyini açıqlamış İsrailin Netanyahu hökuməti 3 aydır Qəzzədə istəyinə nail ola bilmir və çıxış yolunu İranı işin içərisinə qatmaqla, regionda daha böyük oyunçuların iştirakıyla müharibə vəziyyəti yaratmaqda görür. Və bu istiqamətdə Qərbdəki sionist-səlibçi düşüncə sahibləri də Netanyahunun planına dəstək verməyə çalışırlar.