Deputat sanksiya təhdidi ilə bağlı İranı nümunə göstərib
Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas qərbin sanksiya təhdidlərinə kəskin cavab verib.
Deputat Aqil Abbas qərb dövlətlərinin Azərbaycanı sanksiya ilə hədələdiklərini ancaq sanksiyadan qorxmağa lüzum olmadığını deyib.
O bunun səbəbini sanksiyaya məruz qalan İranın inkişafını misal göstərərək açıqlayıb:
"Biz 30 ildir sanksiya altındayıq. İrana sanksiya tətbiq edirlər, İran artıq hər şeyini özü istehsal edir”,- Deputat deyib.
Aqil Abbas qərb dövlətləri tərəfindən sanksiyaya məruz edilən ölkələri o sıradan da Azərbaycan Respublikasını öz potensiallarını doğru-düzgün qiymətləndirməyə çağırıb:
“Biz sanksiya tətbiq etsək, onlar çöldə qalacaqlar. Bizi sanksiya ilə hədələmək lazım deyil. Rusiya vurdu Fransanı Afrikadan çıxartdı. Fransanın urana ehtiyacı var, tək ümidi indi Qazaxıstana qalıb. Qazaxıstandan Fransaya iki yol var. Çünki uranı təyyarələrlə daşımaq olmaz, mütləq gəmiylə daşınmalıdır. Bunun üçün yol ya Rusiyadan keçir, ya da Azərbaycandan. Rusiya buna imkan vermir. Qalıb Azərbaycan. Bəs biz sanksiya tətbiq etsək, Fransa nə edəcək?!"-deyə deputat bildirib.