Mart 31, 2024 17:53 Asia/Baku
  • Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib

“Sərhəddə hərbi təxribata cəhd olunarsa, qarşısı dərhal alınacaq”

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın sərhədə qoşun yağmasına dair yayılan xəbərlərə münasibət bildirib.

Nazirliyin yaydığı bəyanatda deyilir: “Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur”.

Bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaqdır.

Xatırladaq ki, Teleqram kanalları ötən ilin sentyabrından Ermənistan hərbçilərinin belə fəallığının müşahidə olunmadığını qeyd etmişlər.

 

Teqlər