Apr 28, 2024 17:16 Asia/Baku
  • Müharibədən sonra Azərbaycanda neçə nəfər mina qurbanı olub?

2020-ci ilin 10 noyabr tarixindən 2024-cü ilin 24 aprel tarixinə kimi 356 Azərbaycan vətəndaşı minadan zərərçəkən kimi qeydə alınıb.

Azərbaycan Respublikası prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev X hesabındakı paylaşımında qeyd edib.

Hacıyev bildirib ki, minaya düşənlərin 65-i həlak olub, 291-i isə xəsarət alıb.

Qeyd olunub ki, həlak olanların 50-si mülki vətəndaş, 15-i isə hərbçilərdir. Yaralıların isə 126-sı mülki şəxs, 165-i hərbi qulluqçudur.

Ümumilikdə 1991-ci ildən bu günə kimi 3 435 nəfər minadan zərərçəkən kimi qeyd alınıb. Onlardan 358 nəfəri uşaqlar, 38 nəfəri qadındır.