May 01, 2024 19:22 Asia/Baku
  • İranın mədəniyyət və islami irşad naziri Azərbaycan Respublikasında rəsmi səfərdədir

İranlı nazir Bakı forumunda çıxış edəcək

İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri 6-cı Ümumdünya Mədəniyyətlərin Dialoqu Forumunda iştirak etmək üçün Azərbaycan Respublikasının paytaxtı Bakıda rəsmi səfərdədir.

Məhəmməd Mehdi İsmaili mayın 1-də VI Ümumdünya Mədəniyyətlərin Dialoqu Forumunda iştirak etmək üçün Bakıya səfər edib.

Mayın 1-dən cümə gününə kimi Bakıda müxtəlif ölkələrin mədəniyyət nazirləri və şəxsiyyətləri, siyasi və mədəniyyət xadimləri sözü gedən forumda iştirak edəcəklər.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, İSESCO və Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı kimi bəzi beynəlxalq təşkilatların iştirakı ilə keçirilən bu forumda sivilizasiyalararası diskursla bağlı qlobal çağırışlar, nifrətlə mübarizədə əməkdaşlıq və dəyərlərin möhkəmləndirilməsi, sülh barədə məsələlər müzakirə edilir.

İsmaili Bakıya yola düşməzdən əvvəl deyib: “Biz bu forumdan azlıqların mədəniyyəti sahəsində müxtəlif həqiqətləri ifadə etmək üçün istifadə edəcəyik”.

 

Onun sözlərinə görə, beynəlxalq sistemdəki ədalətsiz vəziyyəti nəzərə alaraq, bütün imkanlardan istifadə edərək, faktları ortaya qoymalı və ictimai rəyi məlumatlandırmalıyıq.

 

Teqlər