May 02, 2024 15:32 Asia/Baku
  • BŞİH: Mitinq keçirilməsi məqsədə uyğun deyil

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mayın 5-də mitinq keçirməklə bağlı müraciətinə cavab verərək mitinqin keçirilməsinin məqsədə uyğun olmadığını bildirib.

Müraciətdə mitinqin keçirilməli olduğu ərazilərdə ya təmir işləri həyata keçirildiyi yada sıxlıq olduğu bildirilir və buna görə də hərhansı mitinq məqbul hesab edilmir.

Qeyd edilib ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci ünvanda yerləşən Yasamal İdman-Sağlamlıq Kompleksinin stadionunda təmir işləri həyata keçirilir. Eyni zamanda metronun 28 May və Nəriman Nərimanov stansiyalarının qarşısındakı ərazilər əhalinin daha sıx hərəkət etdiyi metro çıxışları olduğu, nəqliyyatın intensiv hərəkət etdiyi hissələrdə yerləşdiyindən həmin məkanlarda toplantıların keçirilməsi tıxacların yaranmasına və vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına səbəbə olacaq.

BŞİH göstərilənləri nəzərə alaraq 5 may 2024-cü il tarixində planlaşdırılan mitinqin keçirilməsini məqsədəuyğun hesab etməyib.

BŞİH-nin Milli Şuranın mitinq keçirməsinə icazə verməməsindən sonra bu şuranın sədri Cəmil Həsənli növbəti addımlarını məsləhətləşmələrdən sonra elan edəcəklərini deyir

O Meydan TV-yə sçıqlamasında şəhər administrasiyasının qərarını sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasında növbəti addım kimi qiymətləndirib:

“Görünür, hakimiyyət mitinqlərin qadağan edilməsini daimi prosesə çevirmək istəyir”,- Cəmil Həsənli deyib.

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şurasının aprelin 21-nə təyin etdiyi mitinqə də icazə verməmişdi. Ardınca Milli Şura mayın 5-nə yeni aksiya təyin edib.

Milli Şura siyasi məhbusların azad edilməsi, seçki islahatlarının aparılması, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, quru sərhədlərinin açılması və Rusiya qoşunlarının Azərbaycandan çıxarılması tələbilə mitinq keçirməyi planlaşdırırdı.

Azərbaycanda sonuncu dəfə mitinq 2019-cu ilin yanvarın 19-da keçirilib.

 

Teqlər