May 02, 2024 19:55 Asia/Baku
  • Saqqal saxlayanlara dərs oxumaq qadağandır?

Bakıdakı ali məktəblərin birində təhsil alan tələbələr saqqala görə dərsə buraxılmayıblar.

Bakı Biznes Universitetinin tələbələri saqqala görə universitetə buraxılmayıblar Nəticədə onlar dərslərdən geri qaldıqlarını, qayıb limitini doldurduqlarına görə imtahana buraxılmadıqlarını deyiblər.

“Səhər tezdən universitetə gəlmişəm, saqqala görə dərsə buraxmırlar. Hansı qanunda yazılıb ki, saqqallı tələbə dərsə daxil ola bilməz?”, - deyə tələbə öz narazılığını bildirib.

Çoxlu sayda saqqallı tələbənin universitetin qarşısında toplaşaraq içəriyə buraxılmadığı barədə videolar və media reportajları olsa da məsələ ilə bağlı universitetin prorektoru Cavidan Heydərov bildirib ki, tələbələrin saqqala görə dərsə buraxılmamaları həqiqəti əks etdirmir.

 

 

Teqlər