Tehranla Bakı arasında hərbi həmkarlıqlar prosesi nəzərdən keçirilib
Azərbaycan Respublikası müdafiə nazirinin müavini İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini ilə görüşüb. Tərəflər iki ölkə rəsmilərinin müxtəlif səviyyələrdəki ardıcıl məşvərətlərinin zərurətinə təkid ediblər.
Tehranda səfərdə olan Azərbaycan Respublikası müdafiə nazirinin müavini və əlahiddə ümumqoşun ordu komandanı- general-polkovnik Kərəm Mustafayev onu müşayiət edən nümayəndə heyətilə birgə İran Silahlı Qüvvələrinin Baş Qərargahında qərargahın rəis müavini- aviasiya briqada generalı Əziz Nəsirzadə ilə görüşüb.
İki ölkə əlaqələri səviyyəsinin müxtəlif sektorlarda genişləndirilməsinin önəmini vurğulayan İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini bildiribdir ki, siyasi, dini, tarixi və mədəni ortaqlıqlar iki ölkənin silahlı qüvvələrinin anlaşmasına əlverişli zəmin yarada bilər.
İkitərəfli münasibətlərin önəminə toxunan Azərbaycan Respublikası müdafiə nazirinin müavini və əlahiddə ümumqoşun ordu komandanı da deyibdir ki, iki ölkənin silahlı qüvvələrinin əməkdaşlıqları hərbi-müdafiə əməkdaşlıqları üzrə birgə komissiyanın üçüncü iclasında əldə olunmuş razılaşmalar çərçivəsində inkişaf etməkdə və yüksəlməkdədir.
Görüşdə ikitərəfli hərbi əlaqə və əməkdaşlıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb və iki ölkə rəsmilərinin müxtəlif səviyyələrdəki ardıcıl məşvərətlərinin zərurətinə təkid olunub.