May 18, 2024 14:18 Asia/Baku
  • 5-ci kolon münasibətlərin normallaşmasını istəmir – AKTUAL

İran İslam Respublikası və Azərbaycan Respublikasının prezidentləri arasında planlaşdırılan əlamətdar görüşü əngəlləmək üçün 5-ci kolon kənar qüvvələrin tapşırıqlarını canla-başla yerinə yetirir.

Sputnik Azərbaycan-a açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan iddia edib ki, səfirliklərin fəaliyyət göstərməsi guya hələ münasibətlərin normallaşması demək deyil.

Axar.az portalı isə təxribat xarakterli yazıda bildirir: “Azərbayvan səfirliyinə qarşı törədilən terror aktının izi İranın siyasi dairələrinə qədər gedir və terrorçu cəzalandırılsa da, bunu planlaşdırılanlar zərərsizləşdirilməyib, hələ də Tehran rejimində təsir imkanlarını saxlayırlar”.

Məqalə müəllifi öz sərsəm fikirlərinin davamında qeyd edib ki, “İran daxilində Azərbaycana qarşı olan bu qrupların eyni addımı atmayacağına zəmanət yoxdur. Bu baxımdan, səfirliyin yeni məkana köçürülməsi təhlükəsizliyin tam təmin ediləcəyini sual altında qoyur”.

Görünən budur ki, İran-Azərbaycan əlaqələrinin normallaşması kənar qüvvələri o cümlədən də Cənubi Qafqaza xərçəngvari nüfuzunu əsaslandırmaq üçün min bir hiyləyə əl atan sionist rejimi və onun Azərbaycandakı 5-ci kolonunu vahiməyə salıb. Belə bir şəraitdə top ölkənin təhlükəsizlik orqanlarının meydanındadır, milli maraqlar naminə təxribatçı ünsürlərin kimlər tərəfindən maliyyələşdirilməsini müəyyən etməyin vaxtı artıq gəlib çatıbdır.

5-ci kolona bağlı media orqanlarının İran İslam Respublikasına qarşı antitəbliğat kampaniyasını yenidən gücləndirməsi bu kontekstdə diqqət çəkir.