Azərbaycan prezidenti İran Səfirliyinə gəlib
Əliyev xatirə kitabında ürək sözlərini yazıb
Azərbaycan Respublikasının prezidenti İran xalqının kədərinə şərik olmaq üçün Bakıdakı İran səfirliyində olub
Bu məlumata əsasən, İlham Əliyev bu gün səhər İranın Bakıdakı səfirliyinə gələrək İran xalqının kədərinə şərik olduğunu ifadə edib.
Əliyev səfirlikdə açılmış xatirə kitabını imzalayıb. O, İran prezidentinin helikopterinin qəzaya uğraması nəticəsində şəhid olanların xatirəsini ehtiramla yad edib, doktor Rəisi və doktor Əmir Abdullahiyanın şəhadəti ilə bağlı başsağlığı verib.
İlham Əliyevin İran səfirliyində başsağlığı mərasimində deyib: “Prezident Rəisi ilə söhbət əsnasında qəti iradəmizi bildirdik ki, bundan sonra böyük layihələrin sayı çox olacaq, həm ikitərəfli, həm çoxtərəfli formatda”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sonra qeyd edib: “İkitərəfli görüş əsnasında bir çox önəmli məsələlər müzakirə edilmişdir. İran-Azərbaycan əlaqələrinin inkişafının gələcək istiqamətləri bir daha təsdiqlənmişdir və hər iki tərəfin güclü siyasi iradəsi bir daha nümayiş etdirilmişdir. Bununla bərabər, biz konkret infrastruktur layihələri haqqında geniş fikir mübadiləsi aparmışdıq, önəmli qərarlar qəbul edilmişdir. O görüşdə iştirak edən şəxslər bunu, əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar. Əldə edilmiş bütün razılaşmalar icra ediləcək. Çünki bu, İran və Azərbaycan xalqlarının iradəsinə söykənir”.