May 21, 2024 14:16 Asia/Baku
  • “Bu dəyərli şəxslər bəşəriyyətin nicatını hədəfləmişdilər”

Müsəlman Birliyi Hərəkatının sədri İran İslam İnqilabının Aliməqamlı Rəhbərinə başsağlığı verib.

Hacı Tale Bağırzadənin bununla bağlı yazıb: “İran İslam Dövlətinin məlum faciəvi hadisəsi bir qardaş olaraq Azərbaycan xalqını da narahat etməyə bilməzdi. Ölkənin dəyərli simaları, İslamın, bəşəriyyətin nicatını hədəfləyən bu dəyərli şəxslər şəhid olaraq ali hədəfləri ilə İlahi rəhmətin sonsuz fəzasında şəhadət karvanına, nicat gəmisinə, hidayət çırağına doğru tələsdilər.

Hərəkat sədri sonra qeyd edir: “Biz bu ağır itkidə İslamın Ali Dini Lideri Ayətullahül-üzma Seyid Əli Xameneyiyə baş sağlığı təsliyyətimizi bildirir, Allahdan şəhidlərə rəhmət, ailələrinə səbr diləyirik. Şübhəsiz bu şəhadətdə axan pak qanlar bu gün davam edən bəşəri mübarizənin qələbəyə doğru bir addım belə yaxınlaşmasına təkan vermiş olacaq”.