İlham Əliyev:
2020-ci ildən bəri 361 nəfər mina qurbanı olub
Azərbaycan Respublikası ərazilərinin 12 faizi minalı ərazilərdir. İkinci Qarabağ müharibəsindən sonra 361 azərbaycanlı mina qurbanı olub.
Bu barədə Azərbaycan Respublikası prezidenti İlham Əliyev Zəngilan şəhərində mina mövzusunda keçirilən konfransa müraciətində deyib.
İlham Əliyevin dediyinə görə, ölkə ərazisinin təxminən 12 faizi ilkin qiymətləndirmələrə görə 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib.
Azərbaycan prezidenti 2020-ci ildən bu günə qədər əksəriyyəti mülki olan 361 azərbaycanlının mina qurbanı olduğunu onlardan 68-inin öldüyünü bildirib.
İlham Əliyev mina qurbanlarının sayının gündən-günə artmasının əsas səbəbləri sırasında Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsinə diqqət çəkib.
Qeyd edək ki, Azərbaycana öz ərazilərini işğaldan azad etdiyinə görə təzyiqlərini gün-gündən artıran qərb dövlətləri, minalanmış ərazilərin xəritələrinin təhvil verilməsi üçün İrəvana kiçicik tövsiyə də etmirlər.
Bu günə qədər aparılan minatəmizləmə prosesi nəticəsində 140 min hektara yaxın sahə 119 min 946 mina və partlamamış hərbi sursatlardan təmizlənib. Lakin minalanmış ərazilər bundan daha genişdir.
bu barədə Prezident İlham Əliyevin Zəngilan şəhərində keçirilən “Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirilib.
“Azərbaycan bu məqsədlə qısa müddət ərzində bütün gücünü səfərbər edərək dünyada tətbiq olunan ən müasir və qabaqcıl texnologiyalardan istifadə edir. Minatəmizləmə sahəsində səmərəliliyin artırılması üçün tərəfimizdən davamlı şəkildə müvafiq işlər görülür və hazırda imkanlarımız əvvəlki illərlə müqayisədə xeyli artmışdır. Azərbaycanda ötən ildən başlayaraq qadın minatəmizləyən qrupları da fəaliyyətə başlamışdır. Ölkəmiz humanitar minatəmizləmə fəaliyyətini demək olar ki, tam şəkildə öz resursları hesabına həyata keçirir. Minaların humanitar fəsadlarının aradan qaldırılması, torpaqların minalardan təmizlənməsi üçün beynəlxalq ictimaiyyətin adekvat siyasi və praktiki dəstəyi mühüm əhəmiyyət kəsb edir”, - deyə müraciətdə qeyd olunub.