Təlim zamanı hərbi qulluqçu həlak olub
İyun 06, 2024 14:00 Asia/Baku
Azərbaycan Ordusunun hərbi qulluqçusu təlim zamanı həlak olub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Sənan Əhmədovun iyunun 5-də paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik", - Nazirlikdən bildirilib.
Nazirlik hadisənin təfərrüatına, paraşütdən atlama zamnı hansı hadisə nəticəsində sözü gedən gizirin həyatını itirdiyinə aydınlıq gətirməyib.