Sen 01, 2024 12:03 Asia/Baku
  • Parlament seçkilərində iştirak edən yeganə qeyri-iqtidar partiyası seçki pozuntularından xəbər verir

Müsavat Partiyasının Seçki qərargahına seçki gününün ilk saatlarından qanun pozuntuları barədə məlumatlar da daxil olur. Hələlik əsas problemlər müşahidəçilərimiz və “karusel” əməliyyatları ilə bağlıdır. Turan xəbər agentliyi Musavat Partiyasına istinadla bildirir.

  SəhərAzəri-nin məlumatına əsasən, məlumatda əlavə olaraq deyilir ki, 8 saylı Binəqədi birinci seçki dairəsinin bəzi məntəqələrində müşahidəçilərin məntəqələrə biraxılması ilə bağlı problemlər yaradılıb. 8 saylı dairənin 12 saylı məntəqəsində seçki prosesinə heç bir müdaxiləsi olmadığına baxmayaraq Müsavatdan olan müşahidəçi polis tərəfindən saxlanılaraq polis idarəsinə aparılır. 

  21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 26 saylı məntəqəsində “karusel” əməliyyatını qeydə alan müsavatçı Cəmaləddin Heybətə təziq edilir. 

  31 saylı Suraxanı ikinci seçki dairəsində Müsavat Partiyasından deputatlığa namizəd Ərzulla Bulud “karusel” əməliyyatı həyata keçirən qrupun bir-neçə məntəqədə səs vermək cəhdlərini qeydə alıb- Müsavat Partiyası öz məlumatında bildirib.

  Qeyd edək ki, bu gün səhər saat 8-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərdə səsvermə başlayıb.

  Birpalatalı parlamentdə 125 yer uğrunda 990 namizəd mübarizə aparır. Müsavat partiyası seçkilərdə iştirak edən yeganə qeyri-iqtidar partiyasıdır.

  Müxalifətdə olan Xalq Cəbhəsi partiyası seçkiləri boykot edir.

  Səsvermə saat 19.00-da başa çatır. İlkin nəticələrin sentyabrın 1-i axşam saatlarında - sentyabrın 2-nə keçən gecə məlum olacağı deyilir.

 

Teqlər