Okt 08, 2024 15:05 Asia/Baku
  • COP29 ərəfəsində Bakıya hücumlar artıb

Azərbaycanda hökumətin tənqidçilərinə, müstəqil qruplara və mediaya qarşı kinli hücum aparılır. Bu barədə oktyabrın 8-də Human Rights Watch və Freedom Now insan hüquqları təşkilatlarının açıqladıqları birgə hesabatda deyilir.

İnsan haqları təşkilatlarının Azərbaycan Respublikası hökumətinə qarşı hücumlarının noyabrın 11-də başlanacaq COP29 iqlim konfransı öncəsi daha da intensivləşdiyi bildirilir.

74 səhifəlik hesabatda hökumətin vətəndaş cəmiyyətini dağıtmağa və tənqidçiləri susdurmağa yönəlmiş səylərin sənədləşdirildiyi deyilir. Hakimiyyətin onlarla şəxsi siyasi motivli, saxta ittihamlarla həbsə atdığı qeyd olunur. Repressiv qanunların müstəqil qrupları və medianı sıxışdırdığı, onları cinayət təqibi qarşısında zəif duruma saldığı bildirilir.

"Azərbaycan hökumətinin mülki azadlıqlara həqarəti müstəqil qrupları və tənqidçi medianı yoxolma cığırına yönəldir. Hökumət COP29 öncəsi özünə belə bir imic cızmamalıdır. Hələ gec deyil, hökumət həbsdə olan tənqidçiləri azad etməklə, vətəndaş cəmiyyətinə qarşı saxta ittihamlardan istifadəni dərhal dayandırmaqla nüfuzunu yaxşılaşdıra bilər. Ancaq elə indi hərəkətə keçməlidir", - Human Rights Watch Avropa və Orta Asiya üzrə direktor müavini Qiorqi Qoqia deyib.

Bakıda gələn ay keçiriləcək COP29 iqlim sammiti öncəsi ölkələr Azərbaycan hakimiyyətinə vətəndaş cəmiyyətinə təzyiqləri dayandırması, ifadə azadlığına görə saxlananları buraxması üçün təzyiq göstərməlidir. Bu bəyanatla oktyabrın 8-də Amnesty İnternational hüquq-müdafiə təşkilatı çıxış edib.