Okt 08, 2024 16:33 Asia/Baku
  • ABŞ dostluğun içərisində başqa niyyətlər güdür

Azərbaycanın ABŞ ilə münasibətlərə yenidən baxması məsələsi gündəmə gətirilib. Azərbaycanlı deputat Səməd Seyidov deyib.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov parlamentin oktyabrın 8-də keçirilən plenar iclasında çıxışı zamanı qeyd edib ki, bu, Amerikanın Azərbaycana qarşı ilk belə cəhdi deyil, amma bu dəfəki hərəkəti tamamilə başqa hadisədir və bunu ciddi təhlil etmək lazımdır:

Komitə sədrinin sözlərinə görə, münasibətləri ciddi təhlil edərək hərbi əlaqələrə yenidən baxmaq lazımdır.

“Regionda provakasiyaları törədən USAID-in yardımlarına yenidən baxmalıyıq. Dərs etməliyik ki, onlar dostluğun içərisində başqa niyyətləri regiona gətirmək istəyirlər. Hesab edirəm ki, məktubumuz Azərbaycan XİN tərəfindən təhlil olunacaq və müvafiq qərarlar qəbul olunacaq”.

S.Seyidov ABŞ, Dövlət Departamenti vasitəsilə COP29 beynəlxalq tədbirini alt-üst etmək cəhdi göstərir.

Oktyabrın 3-də ABŞ-ın 58 qanunvericisi Dövlət Katibi Antoni Blinkendən Azərbaycan Prezidenti İlham Əliyevə gələn ay keçiriləcək COP29 iqlim sammiti ərəfəsində insan hüquqları ilə bağlı təzyiq göstərməyi xahiş ediblər.

10 senator və 48 konqresmen Blinkeni Azərbaycanı "siyasi" məhbusları azad etmək üçün tədbirlər görməyə məcbur etməyə və Ermənistana qarşı bəyanatları pisləməyə çağırıblar.

Azərbaycan Prezidenti konqresmenlərin təşəbbüsünü çirkin müraciət adlandırıb və qeyd edib ki, bu onların iradəsinə təsir edə bilməz.

Daha sonra Azərbaycan Milli Məclisin deputatları Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova müraciət edərək ondan Azərbaycanla ABŞ münasibətlərinə yenidən baxılmasını istəyiblər.