Okt 30, 2024 16:32 Asia/Baku
  • Cinayətkar rejimin prezidenti Bakıya gələcək

Qəsbkar sionist rejimin prezidenti İshaq Hersoq gələn ay Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının iqlim üzrə konfransında (COP 29) iştirak edəcək.

  SəhərAzəri-nin məlumatına əsasən, sionist “The times of Israel” qəzeti bu barədə yazır ki, əlli mindən çox günahsız insanı qırğın edən rejimin başçısı  "iqlim dəyişikliyi probleminin əhəmiyyətini" vurğulayıb.

  Qəzzə və Livan müqaviməti qarşısında məğlub olmuş mənfur rejimin prezidenti yaranmış şəraitdə rejimin regional mövqeyini gücləndirməyə böyük ehtiyacın olduğunu dilə gətirib.   

  Qeyd edək ki, son bir il ərzində Qəzzədə Fələstin xalqına qarşı sözün həqiqi mənasında soyqırımı törədən bu aparteid rejimi milyonlarla insanın yaşayış yerlərini yer ilə yeksan edib, insan başda olmaqla heç bir canlıya rəhm etmədən hər şeyi məhv edib. COP 29 iqlim konfransı noyabrın 11-22-də Bakıda keçiriləcək.

 

 

Teqlər