Dövlət məmurları yüz milyonlarla manatın mənimsənilmısinə görə şərti cəza alıblar
Naxçıvan Ağır Cinayətlər Məhkəməsində Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyevə və Naxçıvan Gömrük Komitəsinin keçmiş şöbə rəisi Mənsur Əsgərova qarşı cinayət işi üzrə proses başa çatıb.
Əliyev 3 milyon manatı şəxsən NMR-in keçmiş başçısı Vasif Talıbovun oğlu Seymur Talıbova verdiyi haqqında ifadə verib. İstintaqın və məhkəmənin gedişatı zamanı Əsgərov büdcəyə 21 mln. manat, Əliyev isə 31 mln. manat ödəyib.
Hər ikisi 179.4-cü maddə ilə (mənimsəmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) təqsirli biliniblər, bu maddə 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Məhkəmə onların hər birinə 12 il azadlıqdan məhrumetmə cəzası verib və dərhal real cəzanı şərti cəza ilə əvəz edib. Hökm çıxarıldığı an hər ikisi azadlıqda idi.