Əliyev qabaqdan gəlmişlik edir
Öz gözündə tiri görməyən, özgə gözündə tük axtarır!
Azərbaycan Respublikasının prezidenti İranın Aliməqamlı Rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amilinin ünvanına sərt ittihamlar yağdıraraq, “Əyalət Mollası” ifadəsi altında onu təhqir edib.
İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Ərdəbildə keçirilən toplantıda bir iştirakçının çıxışınıa görə Vəliyyi-Fəqihin nümayəndəsinin məsuliyyət daşıdığını bildirərək deyib: “Burada sual ondadır ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir? Axı o, özbaşına gəlib orada oturmur”.
Xatırladaq ki, cənab Amili məlum təəssüfləndirici qalmaqalla əlaqədar X sosial şəbəkəsindəki rəsmi mikrobloqunda yazmışdır: “Bu həftə keçirilən məclislərin birində adi və qeyri-rəsmi bir şəxs tərəfindən istifadə edilən nalayiq ifadələr bizim rəsmi və dini ritorikamız deyil və İslam Respublikasının da rəsmi mövqeyi ola bilməz və belə bir münasibət diplomatiya aləmində tamamilə qeyri-adi və şübhəlidir. Hamı bilir ki, ayrı-ayrı şəxslərin şəxsi açıqlamaları heç bir halda dünyanın heç bir yerində dövlətlərin rəsmi mövqeyi deyil”.
Bundan əlavə İran xarici işlər nazirinin köməkçisi və nazirliyin Avrasiya üzrə baş direktoru Müctəba Dəmirçilu İRNA Xəbər Agentliynə bildirmişdir ki, İranın əsas siyasəti qonşu dövlətlərlə, xüsusilə Azərbaycan ilə dostluq əlaqələrini genişləndirməkdir və Ərdəbildə hansısa bir qeyri-rəsmi şəxsin fikirləri hökumətin mövqeyini əks etdirmir.
Bununla belə Əliyevin dediyinə görə, İranın xarici işlər nazirinin açıqlaması kifayət deyil, həmin şəxs ən azı vəzifəsindən kənarlaşdırılmalıdır və Azərbaycandan üzr istəməlidir.
Azərbaycan Respublikasının prezidenti həmçinin son zamanlar guya İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhval-ruhiyyəsinin ciddi şəkildə qızışdırılmasından danışıb, bunun ikitərəfli münasibətlərin ruhuna uyğun gəlmədiyini bildirib.
Yeri gəlmişkən bildirək ki, İranın Azərbaycan Respublikası ilə yaxın əlaqələr qurmaqda maraqlı olduğu halda rəsmi Bakı bu vxtadək özündən səmimilik nümayiş etdirməyib və hələ də dövlət səviyyəsində İrana qarşı təxribat kampaniyasını davam etdirir.
Məsələn bir neçə il əvvəl Azərbaycan Milli Məclisinin tanınmış deputatı, Dünya Azərbaycanlıları Konqresi, DAK kimi tanınan qrupunun rəhbəri Sabir Rüstəmxanəli “Münafiqlər” təşkilatının Parisdə keçirilən iclasında videokonfrans vasitəsilə iştirak etdi və onun hökumətin razılığı və icazəsi olmadan belə bir addım atması inandırıcı deyil. Maraqlıdır ki, 2023-cü ildə Tehran-Bakı münasibətlərində böhranın ən qızğın çağında Azərbaycan Milli Məclisinin digər üzvü - hakim partiyanın müttəfiqi Razi Nurullayev də Parisdə münafiqlərin illik toplantısında iştirak etmiş və açıq şəkildə bu terror qruplaşmasının mövqelərini dəstəkləmişdi.
Azərbaycan parlamentinin həmin üzvü öz çıxışında bunları demişdi: “İran hökuməti dünyaya, regiona və qonşu ölkələrə problemlər yaradır, Azərbaycan İran rejiminin terrorunun qurbanlarından biridir. İran Milli Müqavimət Şurasına başçılıq edən Məryəm Rəcəvinin 10 bəndlik proqramı azad və demokratik İrana zəmanət verəcək. Bu səbəbdən biz sizi və İran müqavimətini dəstəkləyirik”.
O vaxt Parisdə keçirilən fitnə toplantısında hakim Yeni Azərbaycan Partiyasının təftiş komissiyasının üzvü Naqif Həmzeyev və millət vəkili, Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Zahid Orucun da iştirak etdiyi diqqət çəkir.
Belə bir məqamda prezident Əliyevə bu atalar sözünü çatdırmaq lazımdır: Öz gözündə tiri görməyən, özgə gözündə tük axtarır!