Yan 16, 2025 15:56 Asia/Baku
  • Qara qutu açıldı

Qəzaya uğrayan Azərbaycan təyyarəsinin pilotlarının söhbəti yayımlanıb

Nəhayət, dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer 190” təyyarəsinin pilotları ilə idarəetmə mərkəzi arasında qəza baş verən gün danışıqların tam mətni yayımlanıb.

Gözlənildiyi kimi, Bakıya qayıdana qədər Qroznı və Mahaçqala hava limanlarına enişdən imtina və sonra Aktauya uçuş kimi bütün həlledici qərarlar uçuş heyəti tərəfindən və müstəqil şəkildə yerinə yetirilib.Rusiya aviasiya rəsmiləri Rusiya hava limanlarında eniş də daxil olmaqla alternativ variantlar təklif ediblər.

Lakin təyyarənin uçuş heyəti bu təklifləri rədd edib.Əslində hava gəmisinin quş sürüsü ilə toqquşması və qaz balonunun partlaması versiyası barədə idarəetmə mərkəzinə məhz pilotlar məlumat veriblər və bu bəzi iddia edilən Rusiya KİV-i tərəfindən deyil, məhz pilotlar tərəfindən olub.

Eyni zamanda, söhbətlərdən də aydın olur ki, təyyarəyə xarici təsir olub. Lakin buna baxmayaraq uçuş kapitanı fövqəladə vəziyyət elan etməyib.

Qeyd edək ki, İlham Əliyev dekabrın 29-da müsahibə verərəkən deyib ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir...”,İndi sual yaranır? Əliyev iddia etdiyi və təzyiq göstərdiyi iddialara görə Rusiyadan üzr istəyəcəkmi?

Teqlər