Azərbaycan Respublikası “ABŞ Beynəlxalq İnkişaf Agentliyi” ilə əməkdaşlığı dayandırıb
Azərbaycan Respublikası ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Vaşinqtonun siyasi məqsədlərinə çatmaq üçün bir vasitə olduğunu bildirib. Bakı bu səbəbdən, həmin qurumla əməkdaşlıq müqaviləsini yeniləməkdən imtina edib.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov cümə axşamı günü bildirib ki, Bakı 2024-cü ilin iyununda bu agentliklə əməkdaşlığı dayandırıbdır.
2023-cü ilin sonunda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Paver Bakının Qarabağdakı hərbi əməliyyatlarını tənqid edəndən sonra Azərbaycan Respublikası bu təşkilatın hərəkətləri və mövqelərinə etirazını bildirib.
Paver bildirib ki, Azərbaycan Respublikasının Qarabağdakı hərbi əməliyyatı “yüz mindən çox insanın evini tərk edərək Ermənistana getməsinə” səbəb olub.
Azərbaycan Respublikası prezidentinin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyev/ Paverin bəyanatına cavab olaraq bildirib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin “artıq Azərbaycan Respublikasında yeri yoxdur”.