Azərbaycan sionist rejimə təəssübkeşlik edir
Əliyev Davosda Hersoqla görüşdü
İlham Əliyev Davosda işğalçı rejimin prezidenti ilə görüşüb.
Bu məlumata əsasən, Azərbaycan Respublikasının prezidenti yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında qaniçən rejimin başçısı İshak Hersoq ilə görüşüb.
Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin inkişaf etdiyi qeyd olunub və İshak Hersoq azərbaycanlı həmkarının bu ölkədəki yəhudi azlığına yaratdığı şəraitdən məmnunluq ifadə edib.
İlham Əliyev isə
azərbaycanlılarla yəhudilər arasında ənənəvi, tarixi dostluq münasibətlərinin mövcud olduğu iddia edib, ölkədə digər icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasının nümayəndələrinin də sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma mühitində yaşamaları üçün hərtərəfli şəraitin yaradıldığını sionist rejim liderinin diqqətinə çatdırıb.
Qeyd edək ki, Hersoq Qəzzədə törədilən soyqırımı ilə əlaqədar Davosda dünya liderlərinin etinasızlığı ilə üzləşdikdə Əliyev ilə görüşməyi məqsədə uyğun görüb və bu yolla mənsub olduğu rejimin təcrid olunmadığı görüntüsünü yaratmağa çalışıb.