Yan 30, 2025 18:22 Asia/Baku
  • MSK: Seçici fəallığı 31,45% olub

Dünən yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkilərinin sönük keçdiyi xəbər verilir.

Seçkilərdə 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparırdı.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici olub, lakin onların təxminən 31 faizi seçkilərdə iştirak edib.

Yerli mütəxəssislərin dediyinə görə, seçkilərə inamın az olduğundan, bu vacib dövlət qurumuna keçirilən seçkilərə maraq çox az oldu.

Qeyd edək ki, son parlament seçkilərində də səsvermə hüququna malik vətndaşların yalnız 37%- iştirak etmişdi.