Fev 07, 2025 17:04 Asia/Baku
  • Azərbaycanlı politoloq Trampı Hitlerə bənzətdi

Azərbaycanlı politoloq ABŞ dövlət başçısını faşist Almaniyanın lideri Adolf Hitlerin yolu ilə gedərə Barbarossa planını təkrarlamaqda ittiham edib.

Şərq – Qərb Araşdırmalar Mərkəzinin prezidenti, politoloq Ərəstun Oruclu qəzzəliləri köçürmək ideyasının yaxın tarixdə analoqu olmuş hadisəyə bənzədiyini xatırladıb.

Politoloq özünün feysbuk hesabında yazıb: “Fələstinlilərin Qəzzədən köçürülməsi planına oxşar ideya tarixdə olub artıq. Bu, 84 il əvvəl SSRİ-nın qərbindəki əhalinin bir hissəsini məhv etmək, ikinci yarısını Sibirə köçürmək, qalanlarını isə qula çevirmək barədə Hitlerin "Barbarossa planı" idi”.

Ərəstun Oruclu əlavə edib: “Bunu anlamaq üçün onun özünün bu barədə verdiyi ətraflı açıqlamanı diqqətlə dinləmək kifayət edir və heç bir şərhə də ehtiyac qalmır. Eyni şeyləri bu gün Tramp deyir, sadəcə bir qədər fərqli sözlərlə”.