Rəsmi Bakı Rusiyanı qıcıqlandırır
Azərbaycan-NATO tərəfdaşlığı müzakirə edildi - AKTUAL
Bakı ilə Moskva arasında AZAL təyyarəsinin qəzaya uğramasından sonra yaranmış böhran fonunda Azərbaycan Respublikası Rusiyanın qırmızı xəttini keçməyə start verib.
Mediaların yaydığı məlumata əsasən, Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə ilə NATO Baş katibinin müavini Radmila Şekerinska arasında görüş keçirilib.
Görüşdə Sülh naminə tərəfdaşlıq (SNT) proqramı çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı, Azərbaycanın NATO-nun rəhbərlik etmiş olduğu sülhə dəstək əməliyyatlarına, eləcə də Avropanın enerji təhlükəsizliyinə töhfəsi ilə bağlı məhsuldar müzakirə aparılıb.
Görüş zamanı Azərbaycan-NATO tərəfdaşlığının 30-cu ildönümünə təsadüf etmiş 2024-cü ildəki əməkdaşlıq yüksək dəyərləndirilib və 2025-ci il üçün əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Müşahidələr onu deməyə əsas verir ki, Qərb Rusiya ilə Azərbaycan arasında yaranmış böhranı qızışdırmağa və Azərbaycanı Rusiyanın hədəfinə çevirmək planını işə salıb. Bununla əlaqədar Qərbin beyin mərkəzləri odun üstün yağ tökmək üçün əllərindən gələni edir və Cənubi Qafqazda yeni münaqişənin yaranmasına həvəs göstərirlər.