Azərbaycanın milli Qəhrəmanı Mübariz İbrahimovun vəsiyyəti.
Bu gün Azərbaycanın mərd qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.
Şəhid Mübariz İbrahimov Biləsuvar rayonunun Əliabad kəndində dindar ailədə dünyaya göz açıb.O şəhadət eşqi ilə təkbaşına işğalçıların içərisinə sızaraq onların dərsini vermiş və bir neçə saat döyüşdükdən sonra qəhrəmancasına şəhadət şərbətini içmişdir.
Şəhid Mübarizin vəsiyyətnaməsi onun bu igidliyi hansı təfəkkürdən aldığını göz önünə qoyur.“Canım atam və anam, məndən sarı darıxmayın, inşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Allaha xatir bunu eləməliyəm. Ən azından ürəyim sərinlik tapar. İnşallah, şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəm.
Şəhid olsam, ağlamayın, əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu eləməliyəm. Allah böyükdür, Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin. İbrahimov Mübariz”. Mübariz İbrahimov 1988-ci il fevral ayının 7-də Biləsuvarın Əliabad kəndində dünyaya gəlib.
O 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub və 2005-ci ildə həmin məktəbdə orta təhsilini başa vurmuşdur.Həmin il həqiqi hərbi xidmətə çağırılıb. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində tamamladı.Şəhid 2009-cu ilin avqustunda yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayır. Bir müddət sonra öz istəyi ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə yollanır.Mübariz ibrahimov 19 iyun 2010-cu il tarixdə gecə saat 23:30 radələrində təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir.
Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini qəfil hücumla birinci həmlədə məhv edir. Təxminən 5 saat düşmənlə təkbətək döyüşür və səhər saatlarında qəhrəmancasına şəhadətə yetişir.