Fev 08, 2025 14:07 Asia/Baku
  • 2022-ci il Müttəfiqlik sənədinə yenidən baxıla bilər

Qərb və NATO-nun təhriki ilə Azərbaycan Respublikasında iqtidara bağlı medialar Rusiyadan aralanmağı tövsiyə etməyə başlayıblar.

Bununla əlaqədar Bakı-Xəbər qəzetinin baş redaktoru Aydın Quliyev feysbuk üzərindən yaydığı məqaıədə bildirir: “Rusiyanın təyyarə qəzası ilə bağlı Azərbaycanın gözlədiyi və açıq tələb etdiyi addımları atmaq fikri yoxdur. Halbuki Qazaxıstanın açıqladığı hesabatda təsdiqləndi ki, təyyarəmizdə heç bir texniki nasazlıq olmayıb, kənar müdaxilə olub, iki zərbə dəyib və təyyarənin naviqasiya sistemi sıradan çıxarılıb”.

Müəllif qeyd edib ki, Çikaqo konvensiyasına görə belə hallarda yekun hesabat hadisədən sonrakı 1 il ərzində açıqlanır. Demək, Rusiyada yekun hesabatın 1 ildən sonra ediləcəyinə stavka olunur. Məlumatlara görə Rusiya Azərbaycanın ciddi tələblərindən biri olan müqəssir şəxslərin cəzalandırılması yönümündə addım atmaq və müqəssirlərə hələlik konkret cinayət işi açmaq niyyətində deyil. Halbuki bu çox vacib məsələdir. Azərbaycandan üzr istənilməsindən və kompensasiya ödənişindən də vacib budur. Ancaq Rusiya təəssüf ki, vacib olanı icra etmək əvəzinə, yalnız məsuliyyətdən yayınmaq haqda düşünür. Bu isə müttəfiqliyə uyğun olmayan mövqedir.

Jurnalist sonda xatırladıb ki, hadisələr 2022- ci il Müttəfiqlik sənədinə yenidən baxılmasına qədər inkişaf edə bilər.