Rəsmi Bakı Rusiyaya alternativ axtarırmı?
İlham Əliyev yenə də ABŞ prezidentini təriflədi - AKTUAL
Azərbaycan Respublikasının prezidenti növbəti dəfə Amerikanın şərbaz və müsəlman dünyasına, o cümlədən də fələstinlilərə qarşı düşmənçi mövqe sərgiləyən Donald Trampı tərifləyib.
İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində deyib: “Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi. Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq”.
Azərbaycan prezidenti qeyd edib ki, ABŞ-da dəyişikliklə bağlı narahat olmaq üçün ciddi səbəb görmür. “Düşünürəm ki, dünya daha təhlükəsiz ola bilər. Prezident Trampın ilk prezidentliyi dövründə ABŞ heç bir müharibəyə başlamadı. Əgər ABŞ-ın ən azı bir neçə onilliklər ərzində tarixinə nəzər salsaq, bu, nadir bir təcrübə idi. Azərbaycana gəlincə, biz əminik və nikbin fikirdəyik”, - deyə Əliyev vurğulayıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının prezidenti AZAL təyyarəsinin qəzaya uğramasının ardınca yanvarın 7-də yerli televiziya kanallarına müsahibədə ABŞ-a yaxınlaşmaq və Rusiyadan aralanmaq niyyətini ifadə etmiş və demişdi: “Tramp bizim cəmiyyətimizin bölüşdüyü dəyərləri təbliğ edir. Ailə dəyərləri, mənəviyyat dəyərləri - bunları təbliğ edir”.
O, Çinin dövlət televiziyasına müsahibəsində bir addım da irəli gedərək avroplalıların Trampa müqavimət göstərmələrini tənqid edib və deyib: “Avropa liderləri arasında ciddi narahatlıq var. Səbəbi isə çox sadədir. Hamımız onların əksəriyyətinin budəfəki prezident seçkilərində kimi dəstəklədiyini bilirik. Əgər biz bunu biliriksə, sözsüz ki, prezident Tramp bunu daha yaxşı bilir. Bunula yanaşı bəzi Qərb liderləri prezident Trampa qarşı çox ədalətsiz idilər və sözsüz ki, onlar narahatdırlar, indi onların buna görə cavabdeh olmasının vaxtı gəlib çatıb”.
Qeyd edək ki, Əliyevin bu açıqlamasının Rusiya ilə əlaqələrin gərginləşməsi və Bakıda Rus Evinin bağlanması fonunda verilməsi diqqət çəkir və belə təəssürat yaradır ki, rəsmi Bakı Amerikanın dikbaş prezidentini özünə tərəfdaş seçmək yolunu tutmaqdadır.