Azərbaycanlı politoloq rəsmi Azərbaycan təbliğatını saxtakarlıqda ittiham edir
“Ravvin Lau Holokost tarixini bilmir; yoxsa Azərbaycan mediası həqiqəti yazmağı bacarmır?”
Azərbaycanlı politoloq, Şərq – Qərb Araşdırmaları Mərkəzinin sədri Ərəstun Oruclu sionist ravvinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanla bağlı dediklərinin yerli media tərəfindən saxtalaşdırıldığını bildirib.
Ərəstun Oruclu özünün feysbuk hesabından yaydığı şərhdə yazır: “Uzün müddət İsrailin baş aşkenazi ravvini olmuş Yısrael Meir Lau "Holokost Qurbanlarının Anım Günü" ilə əlaqədar keçirilən tədbirdə Azərbaycanı tərifləyib”.
Politoloq Azərtaca istinadən qeyd edir: “Ravvin bildirib ki, Azərbaycan şərə qarşı mübarizədə İsraillə çiyin-çiyinə olub və hətta Həmasın 7 oktyabr hücumundan sonra bir çox israilli Azərbaycanda müvəqqəti sığınacaq tapıb. O bir qədər də uzağa gedərək, müsəlman əhalisi olan Azərbaycanda 55 min yəhudinin sığınacaq tapması sayəsində onların Holokostdan xilas olduğu bildirib”.
Ərəstun Oruclu yazır ki, belə bir şey olmayıb; ravvin 55 min yəhudinin Azərbaycanda sığınacaq taparaq Holokostdan xilas olması haqda fikri AŞPA tribunasından səsləndirməyb. Yeri gəlmişkən, axtarışlardan bəlli olur ki, Həmas, şərə qarşı İsraillə birgə çiyin-çiyinə mübarizə, Azərbaycanda 7 oktyabrdan sonra israillilərin sığınacaq tapması kimi iddialar da yerli özfəaliyyətin kal məhsuludur. Ravvin Launın çıxışında belə fikirlər səsləndirilməyib. Amma sual olunur ki, rəsmi Azərbaycan təbliğatının belə bir saxtakarlığa nə ehtiyacı var?
Xatırladaq ki, sionistlərin Azərbaycanda olan 5-ci kolonları, o cümlədən də rəsmi mətbu orqanlarına nüfuz etmiş trolları qaniçən İsrail rejimini Azərbaycan xalqına doğmalaşdırmaq və bunun əksinə olaraq İranı qaralamaq üçün hər bir fürsətdən istifadə edir, saxta məlumatlar yayırlar, bu dəfə isə onların yalanını Ərəstun Oruclu üzə çıxarıb.