Apr 07, 2025 10:29 Asia/Baku
  • Talış fəalı nəyin qarşılığında Rusiyadan ekstradisiya olunub? - SENSASİYA

Talış etnik qrupundan olan tanınmış tədqiqatçı və mədəni fəalın Rusiyada yoxa çıxması sensasiya doğurub, onun Azərbaycana təhvil verildiyi bildirilir.

Talysh International TV YouTube kanalı tanınmış Talış ziyalısı və mədəni fəal, Talış Xalqının Haqlarını Müdafiə Komitəsinin sədri Zahiruddin İbrahiminin Rusiyanın Yekaterinburq şəhərində itkin düşdüyünü elan edib.

Bununla əlaqədar Talış-Muğan Təşkilatının sürgündəki rəhbəri Boris Talışinski Zahiruddin İbrahiminin martın 26-dan itkin düşdüyünü, onun vəziyyəti ilə bağlı Rusiya təhlükəsizlik və hüquq-mühafizə qüvvələrinin sorğulara cavab vermədiyini açıqlayıb.

Boris Talışinski deyib: “Azərbaycan Respublikasının güc strukturları onu qaçırıb Bakıya aparıblar, ya da Rusiya vətəndaşlığına malik olmasına baxmayaraq, Kreml onu Əliyev hökumətinə satıb! Ancaq bu iki halın heç biri Rusiyaya başıucalıq gətirməyəcək”.

Hazırda Talış fəallarını Zahiruddin İbrahiminin taleyi ilə bağlı narahat edən əsas məsələ bundan ibarətdir ki, o Azərbaycan həbsxanalarında ağır işgəncələrə məruz qalaraq həyatlarını itirmiş Fəxrəddin Abbaszadə, Novruzəli Məmmədov və digər fəalların aqibəti ilə üzləşə bilər.

Buara ilginc məqam əlbəttə ki, Rusiya təhlükəsizlik orqanlarının talış fəalını Azərbaycana təhvil verməsi ehtimalıdır.

Məlumat üçün bildirək ki, Həzrət Zeynəb (s) hərəminin müdafiəçisi, şəhid Qasim Süleymani ilə bir səngərdə döyüşmüş azərbaycanlı mücahid Taleh Yusifov da 2022-ci ilin dekabr ayı Rusiya hökuməti tərəfindən Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinə təhvil verildi. Cihadi adı “Hacı Təqi” olan Taleh Yusifov Suriyada İŞİD və Ən-Nüsrə terrorçularına qarşı əməliyyatlarda yaxından iştirak etmişdir.

Bu kontekstdə talış fəalının sövdələşmə əsasnda DTX-yə təhvil verilməsi istisna olunmur. Bu versiya doğru olarsa, mədəni fəalın ekstradisiyası əvəzində Azərbaycan hakimiyyəti AZAL təyyarəsi ilə bağlı iddialarından əl keçir və Rusiya ilə əlaqələrini normallaşdırır.