Cəbhəçi fəaldan xəbər var
Tofiq Yaqublunun səhhətinin ağırlaşdığı bildirilir
Təcridxanada 8 gündür aclıq aksiyası edən Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun səhhətinin ağırlaşdığı bildirilir.
Bu barədə onun vəkili Fəxrəddin Mehdiyev məlumat verib.Vəkil deyib ki, Tofiq Yaqublu 6 kilo çəki itirib.
Qızı Nigar Həzi isə qeyd edib ki, atası əvvəlki aclıq aksiyaları ilə müqayisədə bu dəfə daha sürətli çəki itirib və səhhətində ciddi problemlər var, həyatı təhlükədədir.
Tofiq Yaqublu 2023-cü il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin müxtəlif maddələri o cümlədən dələduzluq maddəsi ilə ittiham irəli sürülüb.
Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.Sonuncu dəfə 2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi Tofiq Yaqublunu 9 il azadlıqdan məhrum edib.