Apr 10, 2025 11:12 Asia/Baku
  • Azərbaycan ABŞ ilə tərəfdaş olmağı düşünür?

Azrbaycan Respublikasının prezidenti ADA Universitetindəki çıxışında ölkəsinin ABŞ ilə tərəfdaş olmağa hazırlığını bildirib.

İlham Əliyev “Azadlıq” və “Amerikanın səsi” radiolarının fəaliyyətinin dayandırıldığını yüksək qiymətləndirib.

ABŞ ilə münasibətlər haqda danışan dövlət başçısı deyib ki, Azərbaycan Birləşmiş Ştatlara lazım olduğu zaman Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqi dayandırılırdı. Lakin ABŞ qoşunları Əfqanıstandan çıxdıqdan sonra Azərbaycana qarşı 907-ci düzəlişi yenidən tətbiq etməyə başlayıblar.

“Belə bir ədalətsiz mövqe bildirmək bu administrasiyanın özü üçün çox böyük zərbə idi. Çünki bundan sonra onlara kim inanardı? Beləliklə, bizim Bayden-Blinken komandasına olan inamımız sıfra gəlib çıxdı və münasibətlərimiz çox ağır böhrana düşdü, - deyə Əliyev vurğulayıb”.

O qeyd edib ki, Azərbaycan hər zaman Birləşmiş Ştatlarla yaxşı münasibətlərin tərəfdarı olub və hazırda onlarla çox güclü münasibətlər bu bölgə üçün vacibdir. Bu istiqamətdə Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilər.

İlham Əliyev həmçinin dünya dövlətlərinin zəhləsini tökən Donald Trampı əməlli-başlı tərifləyib:

“Prezident Trampın atdığı addımlar çox perspektivlidir, Azadlıq və Amerikanın Səsi radiolarının fəaliyyətini dayandırmasını yüksək qiymətləndirirəm”.

Prezident sonda – onun ifadəsi ilə desək - Siyasi düşmənçiliyə xidmət edən “Human Rights Watch”, “Freedom House” və “Amnesty International” kimi təsisatların da fəaliyyətinin qarşısını almağı Donald Trampdan xahiş edib.