Apr 11, 2025 13:04 Asia/Baku
  • Azərbaycanda inflyasiya artır

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, 2025-ci ilin martında istehlak qiymətləri indeksi ötən ilin analoji dövrünə nisbətən 5.9 faiz artıb.

Bu rəqəm qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6.5, qeyri-qida məhsulları üzrə 2.8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7.5 faiz təşkil edib.

Müstəqil iqtisadçılar bu rəqəmlərə şübhə ilə yanaşırlar. Onların fikrincə, Azərbaycanda reallıqda inflyasiya daha yüksəkdir.

Hazırda dünya bazarlarında qara qızılın qiymətinin aşağı düşməsi ilə ölkədə inflyasiyanın bir qədər də artacağı və manatın məzənnəsində devalvasiyanın baş verəcəyi barədə proqnozlar əhali arasında əlavə narahatlıqlar doğurmağa başlayıb.