Avropa İttifaqı Ermənistanın xeyrinə hesabat hazırlayıb
“Sərhəddə atəşkəsi pozan Azərbaycan tərəfidir”
Avropa İttifaqı yaydığı ən son hesabatında Azərbaycanı sərhəd zanalarında atəş açmaqda ittiham edib.
Avropa İttifaqının (Aİ) Ermənistanla sərhəddə yerləşən mülki missiyası özünün yeni hesabatında bunu bildirib.
Bundan əlavə Azərbaycan hərbçilərinin erməni yaşayış məntəqələrini atəşə tutmasından danışan Simonyan bildirib ki, onlar buna diqqət yetirirlər, bundan nəticə çıxarırlar, lakin onların məqsədi sülh gündəmini reallığa çevirməkdir.
Yada salaq ki, Azərbaycan bu missiyanın regiondan çıxarılmasına çağırış edib. Ermənistanın baş naziri təklif edib ki, sərhədin delimitasiya olunmuş ərazilərində Aİ missiyası fəaliyyət göstərməsin. Lakin qurum Ermənistanda fəaliyyətinin 2027-ci ilədək uzadılmasına qərar verib. Onların sayının 1500 nəfərə çatdırılması nəzərdə tutulub.