Azərbaycan XİN İrana başsağlığı verib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İrana başsağlığı verib.
Apr 27, 2025 11:39 Asia/Baku
Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi X hesabında yazılıb:
"İran İslam Respublikasının Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş dağıdıcı partlayış bizi dərindən kədərləndirib.Həlak olanların ailələrinə və yaxınlarına, İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasına səmimi-qəlbdən ümid edirik", - paylaşımda vurğulanıb.Son məlumata əsasən, İranın cənubundakı Bəndər Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş vermiş partlayışda 20-yə yaxın insan həyatını itirib.