Pezeşkiyanın rəsmi qarşılanma mərasimi keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i419948-pezeşkiyanın_rəsmi_qarşılanma_mərasimi_keçirilib
Azərbaycan Respublukası prezidentinin iqamətgahında İran İslam Respublikası prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi keçirilib.
(last modified 2026-02-08T08:03:34+00:00 )
Apr 28, 2025 11:25 Asia/Baku
  • Pezeşkiyanın rəsmi qarşılanma mərasimi keçirilib

Azərbaycan Respublukası prezidentinin iqamətgahında İran İslam Respublikası prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi keçirilib.

Bu məlumata əsasən, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İran prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti Məsud Pezeşkiyanı qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi İran Prezidentinə raport verib.İran İslam Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.Məradimdən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyan ilə məhdud tərkibdə görüşü başlayıb.