May 01, 2025 13:34 Asia/Baku
  •  Azərbaycan-İran əməkdaşlığı regional sülhə böyük töhfə verir

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyanın aprelin 28-də Azərbaycana etdiyi rəsmi dövlət səfəri həm iki ölkə arasındakı əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir, həm də iqtisadi cəhətdən tərəflər üçün çox faydalıdır.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.Deputat bildirib ki, Azərbaycan-İran əməkdaşlığı regional sülhün qorunmasını və qlobal xarakter daşıyan iqtisadi layihələrin həyata keçirilməsini şərtləndirən mühüm amillərdəndir:Onun sözlərinə görə, Azərbaycan və İran xalqları əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar. Bu gün də dövlətlərarası münasibətlər bu möhkəm təməl üzərində inkişaf edir.Milli Məclisin üzvü vurğulayıb ki, bu gün Azərbaycan ilə İran bir sıra beynəlxalq platformalarda uğurla əməkdaşlıq edirlər. Bununla yanaşı iki dövlət arasında əməkdaşlıq əlaqələrinin mühüm istiqamətlərindən biri nəqliyyat və beynəxalq daşımalar sahəsidir.