Bakıdan İrəvana sülh üçün ŞƏRT açıqlandı
Ceyhun Bayramov: Konstitusiya dəyişməzsə, sülh müqaviləsi imzalanmayacaq
Dek 27, 2025 11:47 Asia/Baku
Azərbaycan Respublikasının xarici işlər naziri Ermənistanla sülh müqaviləsinin yekun imzalanması üçün Bakının əsas və dəyişməz şərtini açıqlayıb.
Ceyhun Bayramov vurğulayıb ki, paraflanmış sənədin rəsmiləşdirilməsi yalnız Ermənistan Konstitusiyasına dəyişikliklər edildiyi və TRIPP layihəsi üzrə öhdəliklər tam yerinə yetirildiyi halda mümkün olacaq.
Onun sözlərinə görə, etimad quruculuğu çərçivəsində bir sıra mühüm addımlar atılsa da, bunlar yekun sülh üçün kifayət deyil.
Azərbaycan XİN rəhbəri qeyd edib ki, rəsmi Bakı 2026-cı ildə sülh prosesini daha da irəli aparmaq üçün ikitərəfli dialoqu davam etdirməkdə qərarlıdır.