Dek 26, 2025 12:50 Asia/Baku
  • AZAL işğal olunmuş Fələstin ərazilərinə həftəlik uçuşlarını artırır

Azərbaycan Hava Yolları şirkəti- AZAL, işğal olunmuş Fələstin ərazilərinə həftəlik uçuşlarının sayını ön dörddən iyirmi birə artırmaq məqsədilə sionist İsrail rejiminin hava limanları idarəsinə xahişlə müraciət edib.

AZAL bu istiqamətə uçuşlarının sayının həftədə iyirmi səkkiz reysə çatması üçün yeni reyslər əlavə edəcəyinə ümid edir.

AZAL aviaşirkəti hal-hazırda işğal olunmuş Fələstin əraziləri ilə Azərbaycan Respublikası arasında həftədə on dörd uçuş həyata keçirir. İsrail rejiminin Arkiya aviaşirkəti də Bakıya həftədə üç uçuş təşkil edir. Bu addımın AZAL-ın işğal edilmiş Fələstin ərazilərinə olan reyslərinin sayını nəzərəçarpacaq şəkildə artıracağı və onu, bu marşrutun ən əsas operatoruna çevirəcəyi gözlənilir.

Cari ildə Azərbaycan Hava Yolları şirkəti bu istiqamətdə rekord qeydə aldırıb. Belə ki, Ben-Qurion və Bakı hava limanları arasında sərnişinlərin sayı, ötən ilə nisbətən 158 faiz artıb və 64 min nəfərdən 166400 nəfərə çatıb.

AZAL, Qəzzədə hərbi döyüşlər bitəndən sonra  işğal olunmuş Fələstin ərazilərinə uçuşlarını bərpa edən ilk aviaşirkətlərdən olub. Səbəb, sionistlər arasında Bakıya səfərə olan yüksək tələbat olub. 2025-ci ildə Azərbaycan Respublikasına səfər edən sionistlərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə, iki dəfədən çox artıbdır.

Azərbaycan Respublikasının işğal edilmiş Fələstin ərazilərindəki turizm idarəsinin təşəbbüsü ilə və AZAL-ın himayəsi altında keçirilən “Yeni xəritə” adlı turizm konfransında Azərbaycan Respublikasının işğal edilmiş Fələstin ərazilərindəki səfiri Muxtar Məmmədov bildirib ki, 2025-ci ilin yanvarından noyabrınadək olan müddətdə 59917 sionist Bakıya səfər edib. Əgər tranzit uçuşları üçün Azərbaycan Respublikasından istifadə edən sionistlər də hesab olunarlarsa, onların sayı təqribən 150 min nəfərdir.

Muxtar Məmmədov deyib ki, sionist turistlər qorxmadan, küçədə ibri dilində danışa, yəhudi simvolları ilə get-gəl edə və təhlükəsizlik duya bilərlər.

Məmmədov qeyd edib ki, İsrail rejimi Azərbaycan Respublikasına ən çox sayda turist göndərən on tərəf arasında yer alır