Dek 27, 2025 11:49 Asia/Baku
  • Brenda Şaffer Bakının müstəqil siyasətini hədəfə aldı - TƏHLİL

Amerikalı sionist əsilli ekspert Brenda Şaffer Azərbaycan Respublikasının müstəqil siyasətini dəyişmək ümidi ilə, bu dövlətə yeni “resept” yazıb.

İsraildə çıxan Jerusalem Post qəzeti ilə müsahibətə xanım Şaffer Azərbaycanı müstəqil regional aktor kimi yox, böyük güclərin toqquşma xəttində “risk zonası” kimi təqdim edərək, İran İslam Respublikası və Rusiyanı bu ölkə üçün təhlükə kimi qələmə verməyə çalışıb.

O deyib: “Azərbaycan strateji baxımdan önəmlidir, çünki dünyada həm Rusiya, həm də İranla sərhədi olan yeganə ölkədir”.

Fitnəkar ekspertin bu cümləsi neytral fakt kimi təqdim olunsa da, əslində ölkələrimiz arasında təfriqə salmaq üçün çərçivə yaradır. Rusiya və İran avtomatik olaraq “risk”, “təhdid”, “qeyri-sabitlik mənbəyi” kimi kodlaşdırılır. Xüsusilə də o iddia edib ki, Rusiya Azərbaycanın nəqliyyat və enerji strategiyası üçün getdikcə daha riskli faktora çevrilir.

Müsahibənin davamında Brenda Şaffer sionistlərə məxsus olan xəbisliyi ilə İsrail rejimini Azərbaycana dogma tərəfdaş, İsrail–Azərbaycan münasibətlərini “struktur xarakterli müttəfiqlik” kimi təqdim edib.  

Onun sözlərinə görə, “İsrail və Azərbaycanın real strateji müttəfiqliyi var və bu münasibətlər təkcə neft və silahla məhdudlaşmır”.

Bu isə o deməkdir ki, Şaffer Bakını faktiki olaraq seçim qarşısında qoyur: ya İsrail–Qərb oxu, ya da “riskli qonşular”.

Beləliklə, Azərbaycan Respublikasını İranla potensial qarşıdurma xəttinə çəkmək və Rusiya ilə münasibətlərini pozmaq sionist ekspert tərəfindən yazılan reseptin məğzini təşkil edir. Bu isə müstəqil dövlət üçün qəbulolunmaz çərçivədir.