Dek 30, 2025 13:24 Asia/Baku
  • Azərbaycan prinsipial mövqeyini açıqladı - ŞƏRH

Azərbaycanlı politoloq Netanyahunun Somalilandı tanımasının təhlükəli presedent yarada biləcəyi barədə xəbərdarlıq edib.

Politoloq Turan Rzayev Facebook üzərindən yaydığı məqalədə bildirib: “Dünya birliyi Somalilandı Somali Federativ Respublikasının tərkib hissəsi hesab edir. Buna görə də İsrailin tanıma qərarı diqqət çəkir”.

Onun fikrincə, regionun strateji mövqeyi – Qırmızı dəniz və Bab əl-Məndəb boğazı – İsrail üçün həyati əhəmiyyət kəsb edir. Son dövrlər Husilərin hücumları, İranın təsirinin artması və Qırmızı dənizdə risklərin yüksəlməsi fonunda Tel-Əviv təhlükəsizlik perimetrini genişləndirmək istəyir. Bu istiqamətdə Somalilandla əlaqələrin qurulması İsrailə strateji üstünlük, kəşfiyyat və diplomatik imkanlar verir.

Turan Rzayev onu da qeyd edib ki, İsrail bu addımı ilə beynəlxalq sistemə selektiv hüquqi presedent mesajı verir. Tel-Əviv göstərir ki, mübahisəli ərazilərin tanınması məsələsində öz maraqlarını əsas götürə bilər. Ona görə də, Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələyə açıq münasibətini sərgiləmişdir.

“Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Somali Federativ Respublikasının suverenliyini, birliyini və ərazi bütövlüyünü dəstəkləyir.”

Bəyanatda vurğulanıb ki, Somaliləndin tanınması BMT və beynəlxalq hüquq normalarına ziddir. Bakı bu mövqeylə həm Somali ilə həmrəylik göstərir, həm də ərazi bütövlüyü prinsipi üzrə ikili standartların qəbuledilməz olduğunu beynəlxalq ictimaiyyətə çatdırır.

Politoloq xəbərdarlıq edir ki, İsrailin addımı regiondan kənarda baş versə də, preseident yaradan bir hərəkət kimi qiymətləndirilir və Azərbaycan mövqeyində prinsipiallıq nümayiş etdirir.